Xocalı
rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin mart ayında
yerlərdə keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən, 17 mart 2022-ci il
tarixdə Oğuz rayonunun "Azərbaycan-60" qəsəbəsində müvəqqəti
məskunlaşmış əsasən Xocalı rayonunun Kosalar kəndindən olan sakinlərlə səyyar qəbul -
görüş keçirdi. Səyyar qəbul - görüşdə rayonunun hüquq-mühafizə orqanlarının, idarə və
müəssisələrin rəhbərləri və sakinlər iştirak etdilər.
Səyyar
qəbul - görüşdə vətəndaşları salamlayan Rayon İcra Hakimiyyətinin başçısı
Şahmar Usubov pandemiya səbəbindən uzun müddətdir görüşlərin təxirə salındığını
diqqətə çatdıraraq sakinlərə səmimi ürək sözlərini, Novruz bayramı təbrikini
çatdırdı. Şahmar Usubov çıxışında ölkəmizin son zamanlarda əldə etdiyi nailiyyətlərdən, Cənab
Prezidentimizin apardığı uğurlu və xarici siyasətdən, 44 günlük Vətən
müharibəsində Müzəffər Ordumuzun Şanlı qələbəsindən, xalqımızın həmrəyliyindən
söz açdı. Bildirdi ki, pandemiya şəraitində yaşamağımıza baxmayaraq, ölkəmizdə
heç bir sosial layihə təxirə salınmadı, iqtisadi inkişafımız artmaqda davam
etdi. Bu da ölkə başçısının uzaqgörən siyasətinin, qətiyyətinin nəticəsidir.
Azərbaycan həm döyüş meydanında, həm iqtisadi sahədə, həm də diplomatik müstəvidə böyük uğurlara imza atmaqla öz nüfuzunu gündən-günə artırmaqdadır.
Sonra Xocalı rayon Qaragav kənd tam
orta məktəbinin direktoru Aydın Əliyev qəsəbə sakinlərini narahat edən ümumi
məsələlər haqqında məlumat verdi. Bildirdi ki, qəsəbə sakinlərinin əsas
problemləri yaz-yay aylarında öz mal-qarasını örüşə aparmaları üçün icazə
alınmasına və gənclərimizin işlə təmin olunmasına kömək olunmasıdır.
Sonda problemi olan
vətəndaşlar fərdi şəkildə qəbul edildi. Vətəndaşlar tərəfindən qaldırılan
məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürüldü.Görüş
zamanı vətəndaşlar onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək
Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Qeyd
edək ki, səyyar görüş-qəbulda 42 nəfər sakin iştirak etdi.